Bundesliqada 1 oyunda 8 qol

bundesliqada-1-oyunda-8-qol
Oxunma sayı: 645

“Qafqazinfo”nun verdiyi xəbərə görə, lider “Borussiya Dortmund” evdə “Ştutqart”la qarşılaşıb. Oyunda qapılara 8 top vurulub. Hər kəs 70-ci dəqiqədə 2:0 hesabı ilə irəlidə olan dortmundluların rahat qələbə qazanacağını düşündüyü vaxtda “şvabiyalılar” coşub. “Qonaqlar” 9 dəqiqədə 3 top vuraraq hesabda önə keçib. Ruhdan düşməyən son çempion 82 və 87-ci dəqiqələrdə fərqlənərək yenidən hesabı xeyrinə dəyişib – 4:3. Lakin bununla da hər şey bitməyib. Oyunun 90-cı dəqiqəsində Kristian Gentner “Ştutqart”ın bərabərlik qoluna imza atıb. Bu qol oyunda sonuncu olub – 4:4.

“Borussiya Dortmund” – “Ştutqart” 4:4
Kaqava 33, Blasijovski 49, Hummels 82, Perişiç 87 – İbişeviç 71, Şiber 77, 79, Gentner 90

Ceyhun Əhmədov