“Bunlar erməni mənşəlidirlər” – - Siyavuş Novruzov

bunlar-ermeni-menselidirler-
Oxunma sayı: 2911


“Qafqazinfo” xəbər verir ki, bunu SİA-ya açıqlamasında millət vəkili Siyavuş Novruzov  R. Mirqədirovun həbsinə münasibət bildirərkən deyib. O, bildirib ki, mətbuatda və ayrı-ayrı partiyalarda heç bir məsələdən və məsələnin mahiyyətindən, mövzusundan, əhəmiyyətindən və onun əhatə dairəsindən, cinayət törətməsindən və s. asılı olmayaraq dərhal onun müdafiəsinə qalxırlar: “Mənə maraqlıdır, əgər Rauf Mirqədirov olmasa başqa birisinin cinayətləri sübuta yetirilərsə, onda hansı fikirlər irəli sürüləcək? Yəni, dəfələrlə biz bunun şahidi olmuşuq. İndiki dövr çox həssas bir dövrdür. Belə ki, regionda müxtəlif hadisələr baş verir. Bu elə hadisələrdir ki, Azərbaycan heç bir zaman öz ayıq-sayıqlığını itirməməlidir. Bu gün siyasi partiyalar, qeyri-hökumət təşkilatları, ayrı-ayrı insanlar, ziyalılar dövlətin ətrafında olmalıdır. Onlar Azərbaycanın müstəqilliyinin qorunmasında bacardıqlarını etməlidir. Amma çox təəssüf ki, biz bunun tamamilə əksini görürük. Şahidi oluruq ki, həmin adamlar daha da qızışırlar. Çünki onlar eyni mənbədən istiqamətlənirlər. Məsələn, bir qrup Krıma gedərək oradakı proseslərə qoşulmaq niyyətində idi. Axı onlar Krımda gedib nə edə bilərdilər? Bu heç də onlara dəstək deyil, əksinə provakasiyaya hesablanmışdı. Beləcə, onlar başqa bir dövlətin diqqətini Azərbaycana yönəltməyə çalışırlar”.

Leyla Yunusun Ermənistanda olan demokratiya Azərbaycanda olmaması haqda fikrinə S. Novruzov belə cavab verib: “Leyla Yunusdan başqa heç nə gözləməyə də dəyməz. Çünki bu insan birmənalı olaraq ermənidir. Bu insan erməni olaraq da hər bir fikri, hərəkəti ilə provakasiya yaratmaq istəyir. Leyla Yunus özü də dəfələrlə deyib ki, mən erməniyəm və erməni olaraq da Azərbaycanda yaşayıram. Təbii ki, bu insanın əməlləri ilə bağlı kifayət qədər sənədlər də var. Bunlar erməni mənşəlidirlər. Onlar Azərbaycanda da bu təşkilatları (xüsusilə ermənilərin təhriki ilə) yaratmaqla ölkə daxilində dövlətimizin imicinə ziyan vurmaqdan ötrü belə addımlar atırlar. Hesab edirəm ki, bunlarla da məsələ bitməlidir. Kimliyindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir. Düşünürəm ki, hüquq-mühafizə orqanları da bunlar haqqında ölçü götürməlidir. Biz Leyla Yunusun müdafiə etdiyi insanların siyahısına baxsaq görərik ki, orada bir nəfər də olsun azərbaycanlı müəllim, həkim, mühəndis və digər peşə sahibi yoxdur. Onun siyahısında ancaq vətənə xəyanət edənlər, Azərbaycanın ərazi bütövlüyünü parçalamağa cəhd göstərənlər, ölkəmizdə terror aktlarını həyata keçirənlər və digərləri dayanır. Dəfələrlə digər hüquq-müdafiə təşkilatları onun Avropa Şurasına göndərdiyi siyahıların hamısının yalan olduğunu, bir hissəsinin pul üzərində qurulduğunun və s. şahidi olublar. Bu insan mərkəzləşdirilmiş erməni təşkilatları tərəfindən maliyyə alır. L.Yunus bu aldığı maliyyə yardımları nəticəsində Azərbaycanda provakasiya etməyə səy göstərir. Bu insan çox ciddi cəhdlə çalışır ki, onu və həyat yoldaşı Arif Yunusu həbs etsinlər. Onlar ölkəmiz haqqında mənfi imic formalaşdırmağa çalışırlar. Cəhd edirlər ki, onları qısa müddətli də olsa həbs etsinlər, onlar da var gücləri ilə qışqırsınlar ki, Sülh və Demokratiya İnstitunun rəhbərini Azərbaycanda həbs edirlər. Təsadüfi deyil ki, dünyada, xüsusən də regionda qarşılıq yaranan kimi Leyla Yunuslar ortaya çıxır”.