“Bunlar nə yeyir, nə içirlər?!”

“Bunlar nə yeyir, nə içirlər?!”
Oxunma sayı: 4327

“Bu Dilçilik İnstitutu yerli-dibli ləğv olunmalıdır!”

“Qafqazinfo” xəbər verir ki, bu sözləri İctimai TV-nin aparıcısı Saleh Bağırov feysbuk səhifəsində yazıb.

O, Nəsimi adına Dilçilik İnstitutunda “dovşan” sözünün tələffüzü ilə bağlı təkliflərin (“dovşan”, “dofşan”, “doşan”) müzakirə olunmasını tənqid edib: “Bu nə biabırçılıqdır?! İllərlə yazılışı və deyilişi eyni olan, qəbul olunmuş sözləri necə dəyişmək olar? Bunlar nə yeyir, nə içirlər, yuxuda nə görürlər, gəlib belə səviyyəsiz müzakirələr edirlər?

Orada toplaşan insanların böyük əksəriyyətinin dil qüsuru, ləhçəsi, dialekti var. Əvvəlcə bunu aradan qaldırsınlar, sonra başlasınlar “guya” dil düzəltməyə.

Həmişə demişəm, bu qurum Azərbaycan dilinin bir nömrəli düşmənidir və nöqtə!”