Bunları tullantılardan düzəldib - Video

bunlari-tullantilardan-duzeldib
Oxunma sayı: 2930

Göyçay rayonunun Şahsoltanlı kəndində yaşayan, 1982 -ci il təvəllüdlü Bəhlul Həmidovun hazırladığı 4 mərtəbəli bina, həyət evi, avtomobil, təyyarə, quş yuvası maketləri və güldan görənlərin marağına səbəb olur.

QafqazinfoRegion TV-yə istinadən xəbər verir ki, 2 ildən artıqdır bu işlə məşğul olan Bəhlul Həmidov onları karton, kağız, məftil, qamış, kibrit çöpləri və tullantı əşyalardan hazırladığını bildirir: “1 işin üzərində 1 ay və daha çox işləyirəm, onu alındıra bilməyəndə həvəsdən düşürəm”.

Bəhlul Həmidov yaratdığı əl işlərinin əksəriyyətinin ideyasının özünə məxsus olduğunu deyir. O bəzi maketlərin hazırlanmasında internetdən də istifadə etdiyini bildirir.

Bəhlul Həmidov İsmayılıda təşkil olnunan müsabiqəyə də qatılıb. Sərgi iştirakçılarının əl işlərini yüksək qiymətləndirməsi onun daha da həvəsləndirib: "İsmayıllıda sərgi keçirildi. Mən də əl işlərimi orada sərgilədim”.