“Bunu 25 il gözlədik” - Baş məşqçi

bunu-25-il-gozledik
Oxunma sayı: 994

Xəbər verdiyimiz kim, UEFA Kosovonu üzvlüyə qəbul edib. “Qafqazinfo” xəbər verir ki, 25 ildən sonra verilən bu qərar bütün dünyanın diqqət mərkəzindədir.

Bununla bağlı Kosovo milli komandasının baş məşqçisi Albert Bunyaki Yunanıstanın gazetta.gr saytına müsahibə verib. O, bunu böyük nailiyyət adlandırıb: “Bu möhtəşəm qələbədir. Kosovo bu günü 25 il gözlədi. Buna görə UEFA-ya təşəkkür edirəm. Bütün komitələr artıq Kosovonu tanımalıdır. İndi çox işləməliyik. Ümid edirəm ki, FİFA da qısa zamanda bizi tanıyacaq. Biz də beynəlxalq meydanlarda öz sözümüzü deməyi bacaracağıq. FİFA-dan xoş xəbərlər gözləyirik və dünya çempionatının seçmə mərhələlərinə qatılmaq fikrindəyik”.

Bunyaki daha çox çalışmalı olduqlarını və uğur qazana biləcəklərini deyib: “İndi bizi çətin sınaqlar gözləyir. Yeni yaranmış milli komandayıq. Bizim dünya təcrübəmiz yoxdur. Kosovonun Avropa ölkələrinin güclü liqalarında oynayan çox futbolçuları var. Almaniya, İsveçrə, İsveç, Türkiyə kimi ölkələrdə oyunçularımız var. Biz birlikdə güclü komandayıq və pozitiv düşünməliyik. Hazırda zamana ehtiyacımız var. Mənim planım mübariz bir komanda yaratmaqdır. Mən 25 il İsveçdə yaşamışam. Bura Kosovodan gəldim. Futbol biliklərinə də burada yiyələndim. Şakiri, behrami, Blerim Dzemaili, Mustafi kimi futbolçular Kosovo əsillidir. Onlarla milli komandamız haqqında danışacağıq”.