“Bunu açıqladım ki, həmin şəxslər bir daha səhv etməsinlər”

bunu-aciqladim-ki-hemin-sexsler-bir-daha-sehv-etmesinler
Oxunma sayı: 3518

Müğənni Rəqsanə İsmayılovanın bir neçə gün əvvəl Rusiyaya toya gedən xanım həmkarlarını tənqid etməsi müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, hər kəs sözügedən müğənnilərin kimliyi ilə maraqlanır, əksəriyyəti isə mətbuata açıqlama verərək sözügedən şəxsin o olmadığını deyir. Hətta R. İsmayılovanın təhdidini tənqid edənlər də olub.

Məsələ ilə bağlı instaqramda növbəti dəfə açıqlama yayan Rəqsanə həmin sənətçilərə həyat yoldaşlarından ayrılmağı məsləhət görüb:

“Mən nəyi, necə və harada danışdığımı gözəl bilirəm. Hamı ağıllı olub və mənə də ağıl verir... Çıxıb deyirlər ki, o, mən deyiləm. Ay balam, bunu deməyə nə ehtiyac var? Sən deyilsən, lap yaxşı, otur yerində! Söhbətin kimlərdən getdiyini özləri yaxşı bilir. Hər birimizin həyatımızda səhvimiz olub. Elə mənim də... Amma açıqladım ki, həmin şəxslər bir daha səhv etməsin. Ayıbdır! O zaman ayrıl! İnşallah, gedib qayıdarlar, deport olunmazlar”.