“Bunu efir üçün demirəm, onu həqiqətən də sevirəm”

bunu-efir-ucun-demirem-onu-heqiqeten-de-sevirem
Oxunma sayı: 3262

Əməkdar artist Manana Caparidze 12 illik həyat yoldaşı Georgi Qabalavenin qəlbini fəth etməyə köməklik göstərən mahnısından danışıb.

“Qafqazinfo” xəbər verir ki, sənətçi bu barədə “Yanar Saat” radio proqramına qonaq olarkən bəhs edib. Manana, hətta toy günü iş adamına mahnı həsr etdiyini açıqlayıb:

“Azərbaycanlı bəstəkar İsa Məlikovun gözəl bir mahnısı ilə Georginin qəlbini fəth etmişəm. Sözləri mənə aiddir, gürcü dilində yazılıb. Həzin bir ifa idi. Şəxsən ona aiddir. Bundan əlavə, hörmətli bəstəkar Alxanlıya aid olan bir mahnı var. Toy günü Georgimə həsr elədim. Rus dilində “Sən və mən” adlanır. Həqiqətən də onu sevirəm. Efir üçün bunu demirəm. Hər dəfə belədir. Bu gün səhər mənə bu mövzuda da bir mesaj yazıb”.

Qeyd edək ki, cütlüyün bu nikahdan David və Yelizabet adlı iki övladı var.