“Bunu fikirləşmək dəlilik olardı” - “Xəzər”in baş məşqçisi

bunu-fikirlesmek-delilik-olardi
Oxunma sayı: 1310

Xəbər verdiyimiz kimi, “Xəzər” I divizionda sona bir tur qalmış çempionluğunu rəsmiləşdirib.

“Qafqazinfo” xəbər verir ki, komandanın baş məşqçisi Elşad Əhmədov matçdan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyun necə keçdi?

- Ağır oyun oldu. “Zaqatala” qış fasiləsində heyətini gücləndirib, baş məşqçisini dəyişib. Çox maraqlı oyun alındı. Azarkeşlər darıxmadı. Hesabda geri düşsək də, uşaqlar xarakter nümayiş etdirdi və meydanı qələbə ilə tərk etdik.

- Bu gün “Xəzər”in əvvəlki parlaq oyunu görünmürdü. Son günlər mətbuatda gedən yazıların futbolçularınıza təsir etdiyini demək olar?

- Təbii ki, mətbuatda yazılanlar futbolçularda psixoloji gərginlik yaradır. Bu da oyunda özünü göstərdi. Qələbə qazanacağımız halda “Qaradağ Lökbatan”ın oyunundakı nəticədən aslı olaraq çempionluğu elan edə biləcəyimizi əvvəlcədən bilirdik və bu da müəyyən qədər gərginlik yaradırdı.

- Çempionluqla bağlı nə deyə bilərsiniz? 19 xallıq fərqi aradan qaldıracağınıza inanırdınız?

- 19 xalı aradan qaldırıb çempion olacağımızı əvvəlcədən qətiyyən proqnozlaşdırmırdıq. Bu haqda fikirləşmirdik. Qismət oldu, çempionluq titulunu qazandıq. 19 xallıq fərqlə çempionluğu fikirləşməyin özü sadəlöhvlük, bəlkə də dəlilik olardı. Amma uşaqlar bunu bacardı. Sadəcə şans yarandı və bundan istifadə etdik.