Bunu kimlər edir? - “BakuBus”dan fotolar

bunu-kimler-edir
Oxunma sayı: 838

Son günlər “BakuBus” avtobuslarının salon və  qapılarında yerləşdirilmiş  məlumat  xarakterli nişanların, maarifləndirici lövhələrin söküldüyü və zədələndiyi müşahidə olunub. 

Bu barədə “Qafqazinfo”ya məlumat verən qurumun mətbuat katibi Mənsur Piriyev bildirib ki, sözügedən işarələr əsasən, sərnişinlərin avtobusa daxil olma və avtobusdan çıxışını bildirən istiqamətverici nişanlardır: 

““BakuBus” olaraq, bu kimi hallara yol verməklə qanunun tələblərini pozan sərnişinləri  öz mənfi  hərəkətlərindən çəkinməyə çağırırıq. Eyni zamanda bildiririk ki, ölkə qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan istifadə zamanı yol verilən bu kimi hərəkətlər həmin sərnişinlər üçün əlavə məsuliyyət yaradır. Bununla yanaşı, “BakuBus” həmin şəxslərin hadisəni törətdikləri andakı videogörüntülərinin yayılması, qanunsuz hərəkətlərinin ictimailəşdirilməsi və onların bu əməlinə  qarşı ictimai qınağın formalaşdırılması hüququnu özündə saxlayır. 

Hazırda avtobuslarımızda quraşdırılmış maarifləndirici lövhələrə və nişanlara  yetirilmiş hər bir zədə faktı ilə bağlı araşdırılma aparılır və yaxın günlərdə  araşdırmanın nəticələri ilə bağlı ictimaiyyətə geniş məlumat veriləcək”.