“Bunu sonuncu dəfə Röya ilə etmişdim” - Fotolar

bunu-sonuncu-defe-roya-ile-etmisdim
Oxunma sayı: 834

Niyam Salami “Dost olaq” adlı mahnısına çəkilən klipi təqdim edib. 

“Qafqazinfo” xəbər verir ki, o, bəstəni həmkarı Nurlan Təhməzli ilə birgə ifa edib. 

Təqdimatda yalnız media nümayəndələri, sənətçinin dostları iştirak edib. Moderator Lalə Əlimuxtarova olub. 

Niyam uzun müddətdən sonra təqdimat mərasimi keçirdiyini söyləyib:

“Bu gün yanımda olan hər kəsə minnətdaram. Mən bura hımkarlarımı da dəvət edə bilərdim. Onlar da öz gözəl sözlərini deyə bilərdilər. Gör neçə vaxtdır ki, dostum Röya xanımla “Ay ürək” mahnısından sonra heç bir təqdimat etməmişəm. Sizinlə sıx təmasda ola bilmirdim. Əgər bir işi görmüşəmsə təbii ki, onu öncə jurnalistlərə, mediya işçilərinə təqdim etməliyəm”.

Ekran işinin rejissoru Elmar Məmmədovdur.