“Bunu söyləmək axmaqlıqdır” - ABŞ-dan cavab gecikmədi

bunu-soylemek-axmaqliqdir
Oxunma sayı: 1614

Xəbər verdiyimiz kimi, Şimali Koreyanın xarici işlər naziri Ri Yonq Ho ABŞ prezidenti Donald Trampın son açıqlamalarını “ABŞ müharibə elan etdi” kimi şərh etmişdi.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Ri Yonq Ho Ş.Koreya sərhəddi yaxınlığında uçan ABŞ-a məxsus “B-1B Lancer” bombardmançı təyyarəni vuracaqlarını da bildirmişdi.

Bu açıqlamaya “Ağ Ev”in sözçüsü Sarah Sandersdən cavab gecikməyib.

O, ABŞ-ın Ş.Koreyaya müharibə elan etmədiyini bildirib:

“Beynəlxalq hava məkanda bir təyyarəni vurmaq düzgün olmaz. Bunu söyləmək axmaqlıqdır. ABŞ Cənubi Koreya, Yaponiya və bölgədəki digər müttəfiqlərini qorumağa davam edəcək”.