"Qafqazinfo" xəbər verir ki, ANS-in vitse-prezidenti Mirşahin Ağayev Publika.Az-a açıqlamasında deyib: “Hesab etmirəm ki, bu saat Azərbaycanda çox fundamental bir hadisə baş verib və telekanal rəhbərliyi bu məsələyə münasibət bildirməlidir. Hər bir verilişin öz formatı olur və o verilişlərdə müxtəlif məsələlər müzakirəyə çıxarılır. O məsələlər içərisində ajiotaja səbəb olanı və olmayanı olur. Bunun hər birinə də biz münasibət bildirməli deyilik. Bu verilişlər efirə gedəndən sonra onu tamaşaçılar bəyənirlər. O verilişlərin öz tamaşaçıları olur.
Elə verilişlər də var ki, onu tamaşaçılar bəyənmirlər. Bu, normal bir şeydir. Dünyanın bütün ölkələrində televiziyaların layihələrinə bu cür münasibətlər var”.
Son xəbərlər
Son Xəbərlər