“Bunun hökumətə nə dəxli var?” – - İqbal Ağazadə

bunun-hokumete-ne-dexli-var-
Oxunma sayı: 2356


“Qafqazinfo”nun məlumatına görə, deputat deyib ki, bu addımların atılması kənd təsərrüfatı məhsullarının həm daxili, həm də xarici bazara çıxarılmasına stimul yaradar: “Statistikada qeyd olunur ki, məhsulların çoxu Azərbaycanda istehsal olunur. Amma buna inanmırıq. Məhsullar xaricdən gətirilərək Azərbaycanda qablaşdırılır. Ona görə də hökumət bazarda qiymətləri tənzimləyə bilmir. Hökumət təbii rəqabət sistemini əsas tutmalıdır. Məhsulun qiymətinin yüksək olmasının hökumətə nə dəxli var? Sahibkar istənilən qiymətə məhsulu bazarda sata bilər. Sadəcə, hökumət azad rəqabət sisteminə nəzarət etməlidir. Həmçinin Azərbaycanda infrastruktur layihələrinin həyata keçirilməsində ciddi problem var. Avropaya cəmi 8- 10 reysimiz var. Bununla Azərbaycanda hansı turizmi inkişaf etdirmək olar? Bunun alt yapısına diqqət edilməlidir”.