Əsas vokalçılar
estrada müğənniləri Annaqulı Muratdurdıyev və Parahat Amandurdıyev bu zaman
konsert zalında olublar. Prezident isə ayrıca studiyada pult arxasında əyləşib
və mahnını oxuyub. Video zalda böyük ekran vasitəsilə yayımlanıb və zalda olan
tamaşaçılar Prezidentdən belə hədiyyəni heyranlıqla qəbul ediblər.
“Qafqazinfo” xəbər verir ki, xəbərdən hali olan müğənni Rəqsanə İsmayılova münasibət
bildirməyi özünə borc sayıb: "Bu, mənim üçün əsl sürpriz oldu. Ötən ilin son
günləri açıqlama vermişdim ki, 2014 mənim ilim olacaq. Təqvim başlayan kimi bu
özünü göstərdi. Bir dövlətin rəhbərinin mənim mahnımı oxuması mənim üçün
şərəfdir. Bu, Azərbaycan şou-biznesində öz dəsti-xəttimin olmağı deməkdir. Ölkə
rəhbəri yəqin mənim ifamı eşidib, bəyənib və ifa edib. Bununla ancaq fəxr etmək
lazımdır".
Sonda Rəqsanə belə bir misal çəkib: "Nənəm rəhmətlik deyirdi ki, yuxuda
dövlət başçısı görmək arzularının çin olması deməkdir. Mən yuxudan əvvəl
həqiqəti gördüm. Deməli, bu il bütün uğurlar mənimdir. Məni təbrik edən jurnalistlərə
təşəkkürümü bildirirəm".
Son xəbərlər
Son Xəbərlər