“Bununla bağlı Vilayət Eyvazova zəng etmişdim”

bununla-bagli-vilayet-eyvazova-zeng-etmisdim
Oxunma sayı: 5533

“Vilayət  Eyvazov Daxili İşlər nazirinin birinci müavini olanda mən ona telefon açdım və dedim ki, məktəblərin ətrafında bəzi kafelərdə məktəblilərə sulu qəlyan çəkməyə şərait yaradılır”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev İnsan alverinə qarşı mübarizə üzrə illik hesabatın müzakirəsində çıxış edərkən deyib. O qeyd edib ki, V. Eyvazovla telefonla danışandan sonra hüquq-mühafizə orqanları tərəfindən həmin kafelərdə reyd keçirilib və bunun qarşısı alınıb:

“Ancaq mən dəfələrlə parlamentdə “Reklam haqqında” olan qanunla bağlı məsələni qaldırıram. Bildirirəm ki, məktəblərin ətrafında köşklərdə siqaret satılır. Ancaq bu istiqamətdə heç bir tədbir görülmür. Bu məsələni Qənirə xanım da qaldırıb. Əgər bu həll oluna bilmirsə, biz o zaman ölkə rəhbərliyinə müraciət edək”.

 Günel Türksoy