“Yaşıl enerji zonası tələblərinə uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə beton və ya metal dayaqlardan deyil, kompozit, yəni şüşəlifli dayaqlardan istifadə olunur”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə qurumun 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
O bildirib ki, ASC “Rəqəmsal Şəbəkə” layihələri üçün inteqrasiya olunmuş fiber-optik kabelli 35 kilovoltluq yeraltı kabellər və özünüdaşıyan izolyasiyalı naqillər (ÖİN) çəkməyi planlaşdırır: “Belə kabellər abonentləri elektrik enerjisi ilə bərabər, etibarlı yüksəksürətli internet və rabitə ilə təmin etməsinə imkan verəcək, bununla dövlət büdcəsinə qənaət ediləcək. Artıq Sabirabadda bu layihə tətbiq olunur”.
Zaur Mirzə