Bura Suriya deyil, Bakıdır - - Fotolar

bura-suriya-deyil-bakidir-
Oxunma sayı: 4890



Bu barədə “Qafqazinfo”ya məktub göndərən paytaxt sakini bildirib ki, Həzi Aslanov metrosunun yanından keçən yolda bir neçə müddətdir ki, hərəkət etmək mümkün deyil. “Həmin yol “Həzi Aslanov 2” metro stansiyasının tikilməsi ilə əlaqədar bağlanan yola alternativ yol kimi çəkilib. Ordan keçən avtomobillərin hər dəfə çətinliklə üzləşir. Bu da onların texniki cəhətdən nasazlığına gətirib çıxara bilir. Heç olmasa həmin hissələri yamaqlamaq olmazmı?”. 

Anar İbrahimov həmçinin Tbilisi prospektində yerləşən keçidin yanındakı lyukun bərbad vəziyyətdə olmasından da şikayətçidir. O bildirib ki, “Dünya” məktəbinə gedən yolun üzərində olan bu lyuk artıq 2 aya yaxındır ki, bu vəziyyətdədir: “Dəfələrlə ora avtomobillər düşüb. Təəssüf ki, hələ də çarəsi tapılmır. Məktəb yaxınlığında olduğunu nəzərə alsaq, sabah ora bir uşaq düşüb dünyasını dəyişsə, o zaman problemi həll edəcəklər?”. 

Şikayətçi yollardakı hər iki problemin fotolarını da redaksiyamıza göndərib.