Burada evlər bir avroya satılır

burada-evler-bir-avroya-satilir
Oxunma sayı: 4209

İtaliyanın Abruzzo bölgəsinin Pratola Peligna qəsəbəsindəki evlər bir avroya satışa çıxarılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hazırda qəsəbədə 630 boş ev var və onlardan 250-si satılır.

Bu addımı atmaqda ən başlıca səbəb qəsəbənin yenidən canlandırılmasıdır.

Evlər üçün depozit tələb olunur, lakin mülk sahibləri 6 ay ərzində tikinti işlərinə başlamalıdırlar. Əks halda onları 10 min avro cərimə gözləyir.

Satışa çıxarılan evlər Pratola Peligna bələdiyyəsinin veb-saytına müntəzəm olaraq yüklənir.

Qeyd edək ki, qəsəbədə yaşayan yerli əhali böyük şəhərlərə köçüb, 2009-cu ildə baş verən zəlzələdə isə buradakı evlərin vəziyyəti daha da pisləşib. Lakin orta əsr memarlığının üstünlük təşkil etdiyi qəsəbə Alp dağlarının xizək yamaclarına yaxınlığı səbəbindən turistləri cəlb etmək potensialına malikdir.