“Burada kişilik, hörmət yoxdur” - Ağacan Abiyev

burada-kisilik-hormet-yoxdur
Oxunma sayı: 2195

Millər vəkili Ağacan Abiyev Azərbaycan telekallarında gedən qaydasız döyüş idman növü üzrə yarışların yığışdırılması, onların yayımının dayandırılması təklifi ilə çıxış edib.

“Qafqazinfo” xəbər verir ki, millət vəkili bu təklifini üzvü olduğu parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında səsləndirib.

Onun sözlərinə görə, qaydasız döyüşlər insanlarda, televiziya izləyicilərində, xüsusilə də, uşaqlarda və yeniyetmələrdə qəddarlıq hisslərin yaranmasına səbəb olur:

“Mən özüm idmançıyam və daha çox da idman verilişlərini izləyirəm. Televiziyalarımızda da qaydasız döyüşlər yayımlanır ki, mən bunun tam əleyhinəyəm. Çünki bu, qəddarlıqdır, vəhşilikdir. Kimsə yerə yıxılır, uzanır, başqası da tappa-turup onun üzünə-gözünə döyəcləyir, onu qana boyayır. Belə də idman olar? Sovetlər dövründə eşidərdik ki, Amerikada belə bir yarış var və hamı onu pisləyərdi. İndi nə oldu, pislədiyimiz şeyləri özümüz tətbiq edirik? İdmanda rəqibə qarşı kişilik, hörmət olur. Burada isə kişilik, hörmət yoxdur. Ona görə də hesab edirəm ki, bu cür yarışların yayımı dayandırılmalıdır”.

Deputat qeyd edib ki, artıq AzTV-də bu sahə ilə məşğul olan şəxslə danışıb:

“Etirazımı da ona bildirmişəm. Bir daha belə hesab edirəm ki, insanlarda humanizmi deyil, qəddarlığı aşılayan verilişlərin, yarışların yayımı dayandlırımlalıdır”.

Günel Türksoy