Burada TikTok qadağan edildi

burada-tiktok-qadagan-edildi
Oxunma sayı: 2647

ABŞ-nin Montana ştatında TikTokdan istifadə qadağan edilib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə ştatın qubernatoru Qreq Gianforte qərar imzalayıb.

Bildirilib ki, bu, məxfi məlumatların qorunması üçündür. Qadağa gələn il yanvarın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, Montana ABŞ-də TikTok sosial şəbəkəsini tamamilə qadağan edən ilk ştatdır.