Burada yol tam məhdudlaşdırıldı

burada-yol-tam-mehdudlasdirildi
Oxunma sayı: 711

Bakının Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən mərkəzə doğru olan istiqamətində Üzeyir Hacıbəyli və Afiyəddin Cəlilov küçəsi ilə kəsişməyədək olan 1250 m-lik hissəsində təmir işləri aparılır.

“Azəravtoyol” ASC-dən “Qafqazinfo”ya verilən məlumata görə, təmir işləri ilə əlaqədar sözügedən hissədə avtonəqliyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb.
 
Hazırda ərazidə köhnə asfalt- beton örtüyünün üst qatının frezlənərək kənara daşınması işləri  yekunlaşmaq üzrədir. Daha sonra yolun asfaltlanması işlərinə başlanılacaq. Ümumilikdə küçənin 25 min m2 sahəsi asfaltlanacaq.

Təmir işlərinin həftə sonuna qədər yekunlaşdırılması nəzərdə tutulub.