Burak görünüşü ilə təəccübləndirdi - Fotolar

burak-gorunusu-ile-teeccublendirdi
Oxunma sayı: 11403

Türkiyənin məşhur cütlüklərindən biri olan Burak Özçivit və Fahriye Evcen Bodrumda tətil edərkən kameralara tuş gəliblər.

“Qafqazinfo” xəbər verir ki, “Kuruluş Osman”, “Kara Sevda” kimi serialların baş qəhrəmanı tətildəki görüntüsü ilə görənləri təəccübləndirib.

Belə ki, aktyorun fit olmayan bədən quruluşu türk mediasında gündəm olub.

Onun haqqında “Kaslar gitti”, “Göbekli Burak” kimi ifadələr işlədilib.

Qeyd edək ki, Burak və Fahriye 2017-ci ildə ailə həyatı qurub. Onların bu evlilikdən Karan və Kerem adlı övladları var.