Burak Özçivit Bakıda filmini təqdim etdi - Foto

burak-ozcivit-bakida-filmini-teqdim-etdi
Oxunma sayı: 5077

Türkiyəli aktyor Burak Özçivit, aktrisa Aslı Enver və müğənni Murad Bozun baş rollarını paylaşdığı “Kardeşim benim” filminin təqdimatı keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, qala gecəsi Nizami Kino Mərkəzində baş tutub.

Təqdimata Burak Özçivit və Aslı Enver qatılıb.

Özçivit açıqlamasında Murad Bozun işlərinin çox olduğunu, bu səbəbdən Bakıya gəlmədiyini söyləyib.

Qala gecəsindən öncə məşhur simalar Azərbaycanı çox bəyəndiklərini, Bakıda gözəl qarşılandıqlarını bildiriblər.

Foto: Nuran