Burak Yılmaz karyerasını bitirdiyini açıqladı

burak-yilmaz-karyerasini-bitirdiyini-aciqladi
Oxunma sayı: 1614

Türkiyəli futbolçu Burak Yılmaz karyerasını bitirdiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Yılmaz Niderlandın “Fortuna Sittard” komandası ilə yollarını ayırdığını bildirib.

“Bu gün bütün ölkəmə karyeramı bitirdiyimi elan etmək istəyirəm. Çox xoşbəxtəm və qürur duyuram. 4 böyük klubda oynamaq hər bir gəncin arzusudur və bu, mənim üçün bir nemət oldu. Onların qapılarını üzümə açması çox dəyərlidir. Türkiyənin ən böyük və Avropanın mühüm məşqçiləri ilə çalışmışam. 22 illik təcrübəm var, amma bəlkə də buna daha çox ehtiyacım var”, - deyə Yılmaz vurğulayıb.

Yılmaz gələcək hədəflərindən söz açıb:

“Birinci prioritetim mənə uyğun bir layihə var. Mən mütləq meydanda olmaq istəyirəm. Söz verirəm ki, türk futbolu üçün nə lazımdırsa, onu da edəcəm. Mən bəzi şeyləri dəyişdirmək üçün çalışıram”.