Türkiyə millisinin üzvü Burak Yılmazın yeni klubunun adına aydınlıq gəlib.
“Qafqazinfo” xəbər verir ki, son iki mövsümü Çinin "Pekin Qoyan" klubunun heyətində keçirən hücumçu karyerasını ölkəsində davam etdirəcək. 32 yaşlı futbolçu "Trabzonspor" klubu ilə münasibətlərini rəsmiləşdirib. Burak sabiq komandası ilə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Burak Yılmaz 2010/12-ci illərdə "Trabzonspor"un uğurları üçün çalışıb.
Son xəbərlər
Son Xəbərlər