Burak Yılmazdan tarixi rekord

Burak Yılmazdan tarixi rekord
Oxunma sayı: 3576

Türkiyə millisinin futbolçusu Burak Yılmaz yeni rekorda imza atıb.

“Qafqazinfo” xəbər verir ki, o, buna Avro-2020-nin açılış matçında İtaliya ilə görüşdə iştirak etməklə nail olub. Bununla da 35 yaş 331 günlüyündə olan hücumçu millinin Avropa və dünya çempionatında meydana çıxan ən yaşlı oyunçusu adını qazanıb. İndiyədək ən yüksək göstərici Rüştü Reçberə məxsus idi (35 yaş 46 gün).

Qeyd edək ki, Türkiyə sözügedən qarşılaşmada İtaliyaya 0:3 hesabı ilə uduzub.