Xəbər verdiyimiz kimi, “Qalatasaray”dan Çin klubu "Pekin Quoan” klubuna transfer olunan Türkiyə millisinin hücumçusu Burak Yılmazın ayağında ciddi zədə aşkarlanıb.
“Qafqazinfo” xəbər verir ki, hətta buna görə klubun həkimi işdən qovulub. Həkimin qovulmasına səbəb kimi isə türkiyəli futbolçunun transferi zamanı onun zədəsini müəyyən edə bilməməsi göstərilib.
Bununla bağlı Burakın meneceri Oqan Tarhan “Qafqazinfo”nun əməkdaşına açıqlama verib. Məşhur menecer məsələ haqqında fikirlərini belə ifadə edib: “Bu məsələdən xəbərim yoxdur. Həkimin qovulması haqqında heç nə eşitməmişəm. Mən də ancaq mətbuatda yazılanları gördüm. Qaldı ki, Burak "Pekin Quoan”a getdiyi vaxt onun zədəsi olmayıb. Problem olsaydı, müayinələrdə bəlli olardı. Hər hansı bir zədə olması mümkün deyildi”.
Elsevər
Son xəbərlər
Son Xəbərlər