Burakla Keremin filminə qadağa qoyuldu

burakla-keremin-filmine-qadaga-qoyuldu
Oxunma sayı: 2631

Türkiyənin iki məşhur aktyoru- Burak Özçivit və Kerem Bursinin rol aldığı “Can feda” filmi Almaniyada qadağan olunub. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Söylemezsem olmaz” proqramında məlumat verilib. 

Bildirilir ki, əvvəlcə türk əsgərlərindən bəhs edən layihənin təqdimatına 18 yaşdan aşağı gənclər buraxılmayıb. Qalaya gələn 4500 tamaşaçıdan cəmi 400 nəfər kino zala daxil olub.  

Bundan başqa, təqdimatdan əvvəl  aidiyyatı qurumlar filmdə olan bəzi səhnələrin çıxarılmasını tələb edib və filmin rejissoru tərəfindən onların istəkləri yerinə yetirilib. Lakin buna baxmayaraq ekran işinin yayımına icazə verilməyib.