“Biz buraxılış imtahanının birinci mərhələsində vərdişləri yoxlayırıq. Bu ya var, ya yoxdur. O əgər şagirddə yoxdursa, iki aydan sonra da formalaşmayacaq”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə tədris ili bitməmiş buraxılış imtahanlarının keçirilməsi ilə bağlı sualı cavablandırarkən deyib.
O qeyd edib ki, məktəbə şagirdlər imtahana görə getmirlər: “Bu yanaşma səhv yanaşmadır. Dərsə getmək imtahana aid deyil. Müxtəlif növ imtahanlar sərbəst qrafiklə keçirilir”.
Gülnar Əliyeva
Son xəbərlər
Son Xəbərlər