“Buraxılış imtahanları ölkədə bir gündə keçirilsə, bu, ictimai asayişin pozulmasına gətirib çıxara bilər”.
“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, imtahanlar pandemiya şəraitində keçirildiyi üçün müəyyən tələblər qoyulub: “Müəyyən vaxtlar var idi ki, biz bir binaya 500 nəfər yerləşdirirdik. Bu, normaldır, amma bir binada 1000 nəfər imtahan verirdisə, onda biz görürdük ki, imtahana daxil olmaq vaxtı çox çəkir.
Abituriyentlər gizli nəyisə imtahana keçirməyi qoçaqlıq hesab edirlər. Bəzən isə onlar gec gəlir. Bütün abituriyentlərin yoxlanılması da vaxt tələb edir. Optimal olaraq, biz daha geniş binalar seçərkən 500 nəfərlik binalara üstünlük verdik. Pandemiya zamanı bu say 200 nəfərə enmişdi”.
Lamiyə Məmmədova
Son xəbərlər
Son Xəbərlər