Buraxılış vərəqələrinin paylanılmasına başlanıldı

buraxilis-vereqelerinin-paylanilmasina-baslanildi
Oxunma sayı: 1209


 “Qafqazinfo” ya daxil olan məlumata görə, iclasda BŞTİ -  nin rəsmi nümayəndələri tərəfindən sınaq qiymətləndirilməsində iştirak etmək üçün dövlət ümumtəhsil məktəblərinin hər müəlliminin adına hazırlanan buraxılış vərəqəsi barədə ətraflı məlumat verilib. İclasdan sonra buraxılış vərəqələri hər bir məktəbin direktoruna müəllimlərə vermək üçün çatdırılıb.

Buraxılış vərəqələrində qiymətləndirilmədə iştirak edən müəllimin adı, soyadı, ata adı, ixtisası, rayon kodu, məktəb kodu, iş nömrəsi, qiymətləndirilmənin tarixi və keçirildiyi yer qeyd edilib. Qiymətləndirməyə gələn zaman müəllimlər həm buraxılış vərəqəsini, həm də şəxsiyyəti təsdiq edən sənədi özü ilə gətirməlidir. İştirakçı müəllimin qiymətləndirilmə mərkəzinə buraxılış vərəqəsində göstərilən saatdan 1 saat 30 dəqiqə əvvəl gəlməsi vacibdir. Qiymətləndirilmə başladıqdan 30 dəqiqə sonra gələn müəllim zala buraxılmayacaq. Qiymətləndirilmə 2 saat 30 dəqiqə davam edəcək.