Burcu indi də onunla sevgilidir - Fotolar

burcu-indi-de-onunla-sevgilidir
Oxunma sayı: 2685

Türkiyənin məşhur aparıcısı Burcu Esmersoy yeni sevgi münasibətinə başlayıb. “Qafqazinfo” xəbər verir ki, TV ulduzu Allan Hakko adlı şəxslə sevgilidir.

Cütlük ötən gün nahar edərkən görüntülənib. Məkandan əl-ələ ayrılan Burcu və Allan KİV nümayəndələrinin suallarını cavablandırmayıb.

Burcu müxbirlərin “Münasibət necə başladı?” sualına “Mən tək olarkən danışarıq, indi olmaz” cavabını verib.  

Qeyd edək ki, Esmersoy keçmiş həyat yoldaşı Berk Suyabatmazdan ötən ilin sentyabrında boşanıb.