“Burger King” də Rusiya bazarını tərk edir

burger-king-de-rusiya-bazarini-terk-edir
Oxunma sayı: 1518

Amerikanın “Burger King” fast food restoranlar şəbəkəsi Rusiya bazarına korporativ dəstəyi dayandırır.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, şirkət həmçinin marketinq və təchizat zəncirinə dəstəyi də dayandırır.

Məlumat üçün bildirək ki, “Burger King”in Rusiyada restoranları yoxdur, ancaq françayzinq əsasında fəaliyyət göstərir.

Xatırladaq ki, “McDonald's” və “Starbucks” da Rusiyada fəaliyyətini dayandırıb.