Burkina-Fasoda azı 36 nəfər terror qurbanı oldu

burkina-fasoda-azi-36-nefer-terror-qurbani-oldu
Oxunma sayı: 711

Burkina-Fasonun şimalında azı 36 nəfər terror qurbanı olub. “Qafqazinfo” bildirir ki, bu barədə ölkənin “RTB” radiostansiyası məlumat yayıb.

Hadisə yanvarın 20-də Naqraoqoda yerləşən bazarda baş verib. Terrorçular 32 vətəndaşı öldürüb, bazarı yandırıb və oranı tərk ediblər. Onlar Alamu kəndi yaxınlığında daha 4 nəfərin həyatına son qoyublar. Bundan əlavə, hücum nəticəsində 3 nəfər yaralanıb.

Hökumət ölən və yaralananların ailələrinə başsağlığı verib.

Hələ ki, heç bir qruplaşma hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.