Burkina-Fasoya o rəhbərlik edəcək - Yenilənib

Burkina-Fasoya o rəhbərlik edəcək
Oxunma sayı: 3452

Sentyabrın 30-da Burkina-Fasoda hərbi çevrilişlə vəzifəsindən uzaqlaşdırılan Pol Henri Sandaoqo Damiba istefa ərizəsini təqdim edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Damiba 48 saatdan sonra istefa verməyə razılaşıb.

Damiba istefa ərizəsini paytaxt Vaqaduqudakı hərbi aviabazadakı rəsmilərə təqdim edib.

Qeyd edək ki, bir neçə gündür Qərbi Afrika ölkəsi Burkina-Fasoda ordu hakimiyyətə növbəti dəfə müdaxilə edir.

***

Burkina-Fasoda dövlət çevrilişi ilə hakimiyyəti ələ keçirən kapitan İbrahim Traore vəziyyətin nəzarət altında olduğunu açıqlayıb.

Bir qrup əsgər RTB dövlət televiziyasında kapitan İbrahim Traorenin imzaladığı bəyanatı oxuyub.

Bəyanatda Traore ictimaiyyətə mübarizəyə dəstək və etimada görə təşəkkür edib və ölkədə vəziyyətin nəzarət altında olduğunu bildirib. Hər şeyin yavaş-yavaş yoluna düşəcəyini vurğulayan Traore xalqı normal həyatlarına qayıtmağa çağırıb.