Türkiyənin Bursa şəhərinin İnegöl rayonunda fabrikdə yerli saatla 16:30 radələrində baş verən yanğın yaxınlıqdakı fabriklərə də keçib.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, alov eyni kompleksdəki 4 fabriki əhatə etdiyi halda, daha sonra 6 fabrikə yayılıb.
Hazırda davam edən yanğına 105 yanğınsöndürən maşını və 200 canlı qüvvə cəlb olunub. Yanğın söndürmə işlərinə polis və jandarma qruplarının TOMA vasitələri də dəstək verir.
Son xəbərlər
Son Xəbərlər