Bursada avtobusa bomba qoyuldu - 1 ölü, 8 yaralı

bursada-avtobusa-bomba-qoyuldu
Oxunma sayı: 1994

Türkiyənin Bursa şəhərində yerli istintaq təcridxanasının əməkdaşlarını daşıyan avtobusda partlayış baş verib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Bakı vaxtı ilə 08:30 radələrində olub. 

Partlayış nəticəsində 1 nəfər həlak olub, daha 8 nəfər isə yaralanıb.

Bursa vilayətinin qubernatoru Yakup Canpolatın sözlərinə görə, partlayış üçün kənardan idarə edilən əldəqayırma partlayıcı qurğudan istifadə olunub. Hazırda insidentlə bağlı araşdırma aparılır.