Bursada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) II Diaspora Forumu çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Azərbaycan diaspor təşkilatlarının təmsilçiləri ilə görüşü keçirilib.
“Qafqazinfo” xəbər verir ki, görüş zamanı dövlətimizin diaspor siyasəti, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişləri və tapşırıqları əsasında diaspor quruculuğu sahəsində həyata keçirilən fəaliyyət istiqamətlərinin və layihələrin əhəmiyyəti, vətəndaşlarımızın və soydaşlarımızın yaşadıqları ölkələrin ictimai-siyasi həyatına inteqrasiyası, Azərbaycan həqiqətlərinin təbliğ olunması yönündə fəallığı və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb, problemlər və çətinliklər dinlənilib, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi yollarına dair təkliflər müzakirə edilib.
Diaspor sahəsində fəal iştiraklarına görə Lətifə Nağdəliyevaya və Adil Alisoya Diasporla İş üzrə Dövlət Komitəsinin təşəkkürnaməsi təqdim edilib.
Son xəbərlər
Son Xəbərlər