Xəbər verdiyimiz kimi, Türkiyənin Bursa şəhərinin İnegöl rayonunda fabrikdə yerli saatla 16:30 radələrində baş verən yanğın yaxınlıqdakı fabriklərə də keçib.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, təxminən 10 fabrik yanıb.
İnegöl və ətraf rayonlardan çoxlu sayda yanğınsöndürən hadisə yerinə göndərilib.
Bölgədə zaman-zaman partlayışlar meydana gəlib.
Həmçinin, ehtiyat tədbiri olaraq yaxınlıqdakı fabriklər də boşaldılıb.
Yanğından lentə alınan fotoları təqdim edirik:





Son xəbərlər
Son Xəbərlər