“Bursaspor” rəhbərliyi bu həftə Prosineçki ilə görüşəcək

bursaspor-rehberliyi-bu-hefte-prosinecki-ile-gorusecek
Oxunma sayı: 727

“Bursaspor”un baş məşqçisi Mutlu Topçu “Qalatasaray”a 5:0 hesabı ilə uduzduqları oyundan sonra istefa verib. “Qafqazinfo”nun məlumatına görə, “ağ-yaşıllar” bu gözlənilməz ayrılıqdan sonra komandanın “sükanı arxası”na aşağı yaş qruplarında çalışan Adnan Örneki gətirib. 

Lakin klub rəhbərliyi növbəti mövsüm üçün baş məşqçi axtarışlarını davam etdiri. Türkiyə mətbuatının yazdığına görə, onların siyahısında ilk yeri Azərbaycan millisinin xorvatiyalı çalışdırıcısı Robert Prosineçki tutur. Bursa təmsilçiləri bu həftə xorvat çalışdırıcı ilə görüşəcək. 

Əgər danışıqlar alınmasa, “ağ-yaşıllar” Sərgən Yalçınla danışıqlara başlayacaq.