“Bursaspor” rəsmisindən açıqlama - “Almeydanı istəyirik”

bursaspor-resmisinden-aciqlama
Oxunma sayı: 2016

Bir neçə gündür ki, Türkiyə mətbuatı “Qarabağ”ın futbolçusu Riçard Almeydanın “Bursaspor”a keçəcəyi barədə xəbərlər yazır.

“Qafqazinfo” xəbər verir ki, “Qarabağ” rəsmiləri isə Türkiyə təmsilçisinin Almeydayla maraqlanmadığını bildiriblər.

Lakin, “Qafqazinfo”ya açıqlama verən “Bursaspor”un idman direktoru Erhan Başoğlu məlumatı təsdiq edib.

O bildirib ki, Almeydanın xidmətində maraqlıdırlar:

“Biz onu istəyirik. Rəsmi təklif də göndərsək də, “Qarabağ” bu futbolçunu bizə vermək istəmədi. Bu səbəbdən də hələlik onun transfer mövzusunu bağlamışıq".