Türkiyənin “NTV Spor” kanalı “Bursaspor” klubunun “Qarabağ”ın üzvü Reynaldo üçün Azərbaycan klubuna 4 milyon təklif etdiyinə dair iddialarla çıxış edib.
“Qafqazinfo” xəbər verir ki, “timsahlar”ın bu transferdə israrlı olduğu bildirilir. “Bursaspor” klubunun icraçı direktoru Erhan Başoğlu “Qafqazinfo”ya bildirib ki, bu transfer əvvəlcədən nəzərdə tutulsa da, sonradan alınmayıb:
“Əvvəlcədən bu transfer nəzərdə tutulmuşdu. Amma sonradan istəmədik. Reynaldonun transferi olmayacaq”.
Son xəbərlər
Son Xəbərlər