“Bursaspor”un baş məşqçisi Azərbaycan millisinin üzvünü təriflədi

bursasporun-bas-mesqcisi-azerbaycan-millisinin-uzvunu-terifledi
Oxunma sayı: 643

“Bursaspor”un baş məşqçkisi Mutlu Topçu Azərbaycan yığmasının üzvü Ozancan Kökcünün transferi haqqında açıqlama verib. “Qafqazinfo” xəbər verir ki, o, gənc oyunçunu tərifləyib. 

Mutlu bildirib ki, bu transfer komandanın işinə çox yarayacaq:

“Skautlarımız daim futbolçu axtarışındadırlar. Bunun danəticəsini görürür. Gələcəyimizi düşünərək bu işləri davam etdirməliyik. Bu səbəbdən də Ozancan Kökcünün keçidini uğurlu sayıram. O, bizim işimizə çox yarayacaq. Kökcü bir çox klubların transfer siyahısında var idi. Onun ailəsi ilə görüşüb “Bursaspor”da oynamasını istədiyimizi bildirdik. Komandamızı və bazamızı tanıtdıq. Nəticədə seçimini düzgün edərək komandamıza gəldi. Yaxşı oyunçu qazandığımızı düşünürəm. Türkiyə futbolu üçün də bir qazancdır”.