Bu mövsüm heç bir peşəkar liqada iştirakına icazə verilməyən Türkiyənin “Bursaspor” klubunun borclu olduğu futbolçuların və menecerlərin siyahısı açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, siyahıda Azərbaycan yığmasının və “Sabah”ın üzvü Namik Ələsgərovun da adı var.
Belə ki, Bursa təmsilçisi Ələsgərova 424 min avro ( 792 min manat) ödəməlidir.
2021/2022-ci il mövsümündə bu komandada oynayan yarımmüdafiəçi maaşının çox hissəsini ala bilməyib.
Son xəbərlər
Son Xəbərlər