“Bursaspor”un məşqçi müəmması davam edir - Yeni iddia

bursasporun-mesqci-muemmasi-davam-edir
Oxunma sayı: 700

Adı milli komandamızın baş məşqçisi ilə hallanan “Bursaspor”un yeni baş məşqçi ilə razılaşdığı iddia edilib.

“Qafqazinfo” xəbər verir ki, “CNN Türk” Bursa təmsilçisinin fransalı mütəxəssis Pol Le Quenlə razılaşdığını yazıb.

53 yaşlı məşqçinin son iş yeri Oman milli komandası olub. 2015-ci ilə qədər bu komandanı çalışdıran Le Quen 1,5 ildir işsiz idi.

Məşqçinin karyerasında ən parlaq dönəmi “Lyon”la ardıcıl 3 ölkə çempionluğu və Super Kubok qazandığı 2002-2005-ci illərə təsadüf edir.

Qeyd edək ki, son günlərdə Türkiyə və Azərbaycan mətbuatında Robert Prosineçkinin “Bursaspor”la razılaşdığı yazılırdı.

Fərid Ədalət