“Bursaspor”un stadionunun adı “Azərbaycan Arena” ola bilər

bursasporun-stadionunun-adi-azerbaycan-arena-ola-biler
Oxunma sayı: 1224

Türkiyə Super Liqasında mübarizə aparan "Bursaspor" klubunun yeni stadionunun adı "Azərbaycan Arena" ola bilər.

“Qafqazinfo” xəbər verir ki, bu haqda məlumatı klub rəsmiləri verib. Klub rəhbərliyi hazırda ölkəmizlə danışıqlar aparır.

Danışıqlar müsbət nəticələnəcəyi təqdirdə "Bursaspor"un yeni stadionuna "Azərbaycan Arena" adı veriləcək. Klubun rəsmisi Timur Noyan açıqlamasında Azərbaycan tərəfi ilə may ayından danışıqların getdiyini söyləyib.