Bürünc medal qazandıq

Bürünc medal qazandıq
Oxunma sayı: 431

“Qafqazinfo”nun məlumatına görə, Güləş Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, 38 kq çəki dərəcəsində mübarizə aparan Sahilə Ələkbərova Türkiyədən olan rəqibi Misiraltı Begümə qalib gəlsə də, rusiyalı rəqibi Nadejda Sokolovaya məğlub olub və bürünc medal qazanmaq şansı əldə edib. Güləşçimiz bürünc medal uğrunda görüşdə meksikalı idmançı Naomi Dominqesi məğlub edərək, bu şansı əldən verməyib.

Şəfəq Muradzadə (49 kq) və Raqnetta Qurbanzadə (65 kq) həlledici mərhələdə müvafiq olaraq İtaliya və Monqolustandan olan rəqiblərinə uduzaraq 5-ci yerlə kifayətləniblər.

Yeniyetmələrin dünya çempionatında sabah yunan-Roma güləşçilərimiz mübarizəyə qoşulacaq.

Səidə


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi