Bu gün Topaz Premyer Liqada 2015/2016 mövsümünə yekun vurulub.
“Qafqazinfo”nun məlumatına görə, 36-cı turun bütün görüşləri bu gün keçirilir.
Gəncədə "Kəpəz" "Qəbələ"ni qəbul edib. Matçın taleyini bir qol həll edib. Aleksey Qayın görüşün 76-cı dəqiqəsində vurduğu qol "qırmızı qaralar"a minimal hesablı qələbə qazandırıb. Bu qələbə sayəsində "Qəbələ" çempionatın bürünc medallarına yiyələnib.
"İnter" öz meydanında "Zirə"ni sınağa çəkib. "Bankirlər" "Zirə"ni 1:0 hesabı ilə məğlub etsələr də, bu bürünc medal üçün yetərli olmayıb. Buna digər oyunda "Qəbələ"nin səfərdə "Kəpəz"ə qalib gələrək üçüncü pilləyə yüksəlməsi səbəb olub.
Son xəbərlər
Son Xəbərlər