Cənubi Afrika Respublikasının (CAR) futbol millisi Afrika Millətlər Kubokunda üçüncü yer uğrunda qarşılaşmada Konqo Demokratik Respublikasına qalib gəlib.
“Qafqazinfo” xəbər verir ki, Kot-d İvuarda keçirilən turnirin bürünc medal uğrunda qarşılaşmasının əsas və əlavə vaxtı qolsuz bitib.
Penaltilər seriyasında isə Cənubi Afrika futbolçuları daha güclü olub – 6:5.
Afrika Millətlər Kuboku fevralın 11-də Kot-d İvuar və Nigeriya milli komandaları arasında keçiriləcək final oyunu ilə başa çatacaq.
Son xəbərlər
Son Xəbərlər