Burundi Prezidenti dünyasını dəyişdi

burundi-prezidenti-dunyasini-deyisdi
Oxunma sayı: 3332

Burundi Prezidenti Pyer Nkurunziza dünyasını dəyişib. “Qafqazinfo” bildirir ki, bu barədə “gazeta.ru” xəbər verib.

Onun 55 yaşı var idi. Siyasətçinin ölümünə səbəb ürəktutması olub.

Nkurunziza 2005-ci ildən ölkə başçısı postunu tuturdu. Onun prezidentlik müddəti avqust ayında başa çatacaqdı.

Qeyd edək ki, 2020-ci il mayın 20-də Burundidə prezident seçkiləri keçirilmişdi, lakin Nkurunziza öz namizədliyini irəli sürməmişdi. Seçkilərdə 68,72 % səslə hakim CNDD-FDD partiyasından namizəd Evarist Ndayşiyemiye qalib gəlmişdi.